Ermənistan Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılması ilə bağlı heç bir qərar qəbul etməyib və bu barədə Rusiyanın rəsmi kanalları vasitəsilə məlumat verilməyib.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim anladığımız qədər bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Və heç kim bu qərarları bizə rəsmi kanallarla çatdırmayıb”, - Peskov bildirib.