Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.
Publika.az axşam.az-a istinadən bildirir ki, o, müğənninin arxiv görüntülərini izləyiciləri ilə bölüşüb.
"Hər birimizin həyatında yeri dolmayacaq biri olur. O insanın qəfil yoxluğu həyatımızda sarsıdıcı izlər buraxır. Zaman keçdikcə yoxluğuna alışmaq əvəzinə, darıxmaq hissi daha da şiddətlənir. Təəssüf ki, tək təsəllimiz itirdiyimiz əzizlərimizin yuxularımızın qonağı olmasıdır. Geriyə qalan isə sadəcə şəkillər və videolardır.
Cavanşir babanın ifasında hazırladığım video postu sizlərlə bölüşmək istədim. Allah sənə rəhmət eləsin, əziz babam! Yerin cənnət olsun" deyə, o, yazıb.
Qeyd edək ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.