İtaliya millisinin və "Yuventus"un sabiq müdafiəçisi Corcio Kellini futbol fəaliyyətinə məşqçi kimi davam edəcək.
Publika.az xəbər verir ki, o, son olaraq çıxış etdiyi "Los-Anceles"in texniki heyətində yer alacaq. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Kellini oyunçuların inkişafı üzrə məşqçi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, 39 yaşlı italyan 2022-ci ilin iyununda "Yuventus"dan ayrılaraq "Los-Anceles"ə keçib. 2023-cü ilin dekabrında isə futbolçu karyerasını başa vurduğunu elan edib.
Heybət