Müğənni İlhamə Qasımova işığın olmamasından şikayətlənib.
Publika.az xəbər verir ki, Lənkəranda olan sənətçi qarlı havanın fotosunu yayımlayıb. İlhamə işığın olmamasından şikayətlənib:
"Sabahımız bu mənzərə ilə açıldı. Gözəldi? İşıq da olsaydı lap qəşəng olardı. Bu mənzərə instaqram üçün yaxşı idi. İşıqlar sönməsəydi, yollar açıq olsaydı, mən də uşaqlar kimi sevinərdim".