"Qalatasaray" daha bir futbolçusunu komandada saxlamağı bacarıb.
Qutb.az xəbər verir ki, klub Davinson Sançezlə razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, tərəflər sözləşməni yeniləyiblər. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a transfer olunub.