“Real”da əla mövsüm keçirdikdən sonra AVRO 2024-ə möhtəşəm start verən Arda Gülərlə bağlı İspaniya mətbuatında sensasion iddia yayılıb.
Publika.az xəbər verir ki, məlumatda bildirilir ki, “Real” Ardanı icarəyə verəcək. Onun icarə əsasında “Real Sosyedad”da oynayacağı bildirilir.
Artıq klublar arasında bu yöndə razılıq əldə edildiyi də iddia olunur.
Bildirilir ki, “Real” “Real Sosyedad”dan Ardanın daim oynayacağı ilə bağlı təminat alıb.
Bu xəbərdən sonra "Real” azarkeşləri sosial şəbəkədə Arda Gülərin komandada qalması üçün kampaniya başladıblar.