ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Brüsseldə keçiriləcək görüşü şərh edib.
Publika.az xəbər verir ki, Miller bu barədə brifinqdə danışıb.
“Mən bu barədə ətraflı danışmayacağam, Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı əlaqədə məqsədimiz onları fikir ayrılıqlarını aradan qaldırmaq, güclü və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdir”, - Miller deyib.
Tural