2024-cü ildə 80 İsveç sakini Ukraynadan gətirilən toyuq yumurtasını yedikdən sonra salmonellyoza yoluxub.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin Milli Qida Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xəstə olanlar kifayət qədər bişirilməmiş yumurta yeyiblər.
Ukraynadan gətirilən toyuq yumurtalarının ölkəyə daxil olmamışdan öncə yoxlamadan keçdiyi bildirilib. Agentlik dəfələrlə isveçlilərə Norveç, Finlandiya və Danimarka məhsulları istisna olmaqla, xaricdən gətirilən çiy yumurta istehlak etməməyi tövsiyə edib.