Belarus hökuməti elan edib ki, yeni kartof anbarının tikintisinə vəsait ayrılacaq.
Publika.az xəbər verir ki, anbar planetar tədqiqatlar üçün Milli Elmlər Akademiyasının nəzdində ərazidə yerləşəcək.
“Geoinformation System”s dövlət qurumunun rəhbərlik etdiyi məsafədən müşahidə layihəsi Hindistan, Qazaxıstan, Rusiya, Venesuela və Vyetnam kimi ölkələrlə əməkdaşlıqda peyk şəbəkəsi yaratmaq məqsədi daşıyırdı.
Belarusun ən böyük müttəfiqi olan Rusiya dövlətinin nəzarətində olan RT bu hadisəni “Avropa dövləti kosmik fondları kartofa yönəltdi” başlığı ilə dünyaya bəyan edib.
RT xəbər verir ki, Minsk administrasiyası Belarusun şərqindəki Toloçin konserv zavodunun anbarının genişləndirilməsinə üstünlük verib. Bu müəssisələrdə şərab, nişasta, hazır kartof kimi qida məhsulları istehsal olunur.
Kənd təsərrüfatının inkişafını hədəfləyən və 2021-2025-ci illəri əhatə edən dövlət planları çərçivəsində tikiləcək yeni obyektin dəyərinin 720 min dollar olacağı təxmin edilir.
Aysel