07.04.25 | Bakı 11.03° C |
05:31:09
Lent :

Nazirlikdən erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı ilə bağlı daha bir açıqlama

14 iyl 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısının musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) silinməsi və qadağan edilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

"Xəbər verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.

Milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparılır.

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibəti göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.

İlkin mərhələdə artıq erməni ifaçının “Sirun jan” mahnısının bir sıra Youtube səhifələrində silinməsinə nail olunub", - deyə məlumatda qeyd edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur