İyunun 15-16-da İsveçrədə keçirilən Ukrayna üzrə sammitin yekun sənədi iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib.
Publika.az xəbər verir ki, bu barədə sammitin təşkilatçıları məlumat yayıb.
Məlumata görə, sammitdə iştirak edən Səudiyyə Ərəbistanı, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası (CAR) yekun sənədi imzalamaqdan imtina ediblər.