09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Dələduzluqda ittiham olunan qadın həbs edildi

16 mar 2024 12:00
GÜNDƏM
ads

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı vətəndaşlara qarşı dələduzluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində iki şəhər sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəyən Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb.

N.Əjdərova zərərçəkənlərin etibarından istifadə edərək, onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Əjdərova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

N.Əjdərovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur