Bakıda yaşayış dəyəri, o cümlədən kirayə haqqı İrəvandan 34,4% aşağıdır.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Numbeo”nun araşdırmasında qeyd edilib.
Bakıda kirayə qiymətləri İrəvandakından 50,1%, Bakı restoranlarında qiymətlər İrəvandakından 26,0%, Bakıda ərzaq qiymətləri İrəvandakından 20,0% aşağıdır.
Eyni zamanda, qeyd edilib ki, Bakıda alıcılıq qabiliyyəti İrəvanla müqayisədə 36,7% yüksəkdir:
“İrəvanda 3875 dollarla əldə edilə bilən həyat səviyyəsində yaşamaq üçün Bakıda təxminən 2543 dollar kifayətdir”.