Rusiya prezidenti Vladimir Putinin iqamətgahı Rusiyanın şimal-qərbində, Kareliyada, Finlandiya ilə sərhəddən cəmi 30 km aralıda yerləşir.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Saray haqda 2016-cı ildən məlumat yayılsa da, lakin indiyədək foto və ya video ilə nümayiş etdirilməyib.
Qəsəbəyə yalnız qayıq və ya helikopterlə çatmaq olar. Eniş yeri böyük bir binanın arxasındadır. Yerli sakinlər jurnalistlərə bildiriblər ki, Putin ildə ən azı bir dəfə Kareliyadakı sarayını ziyarət edir.
“Dossier Center”in məlumatına görə, Rusiya prezidentinin iqamətgahı çox müasir görünən üç əsas strukturdan ibarətdir. Rəsmi olaraq obyektlər “balıqçılıq daxması”, “anbar” və “bağçılıq evi” kimi maskalanır.
Dron görüntüləri, həmçinin Putinin səfərləri zamanı məhsullarının menyusunda olacağı ehtimal olunan balıq fermasını da göstərir. Əsas binada 200 kvadratmetrlik yeməkxana yerləşir. Qəsəbənin ərazisində dörd metrlik şəlalə də var.
Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları sarayın yaxınlığındakı ərazini gecə-gündüz mühafizə edir. Putin iqamətgaha gələndə müdafiə xeyli gücləndirilir.
Tural