"Avroviziya" qalibi Nigar Camal ötən gün özünə doğum günü edib.
Qutb.az xəbər ki, 7 sentyabrda doğulan sənətçi ad gününü iki gün sonra, 90-lar konseptində həyata keçirib. Məkan, musiqilər ona uyğun seçilib. Gələn qonaqlar da dress-koda əməl edib, hətta Nigara alınan hədiyyələr də bu yöndə olub.
Gecədə Xalq artisti Tünzalə Ağayeva, iş xanımı Ruhi Əliyeva, müğənnilər Eldar Qasımov, Samir Cavadzadə, Səmra Rəhimli, Dilarə Kazımova, aparıcılar Afaq Gəncəli, Ranar Musayev və başqaları iştirak edib.
42 yaşına qədəm qoyan Nigar gecədə iki libas dəyişib.