İtaliyalı məşhur insayder Fabritsio Romano Londonun “Çelsi” klubunun ukraynalı vingeri Mixail Mudrikin dopinq qalmaqalı ilə bağlı danışıb.
QÜTB.AZ xəbər verir ki, insayder bu barədə sosial şəbəkədə yazıb:
“Mudrikin B sınağına gəlincə… Hələlik yaxın gələcəkdə futbola qayıda bilməsi şansı çox azdır”.
2024/25 mövsümündə Mixail Mudrik klub səviyyəsində 15 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.