Rusiyanın altı bölgəsi dron hücumuna məruz qalıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri təyyarə tipli dronlarla vurulub.
Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxıb. Oryol vilayətində neft bazasında yanacaqla dolu çən alışıb.
Xəsarət alan yoxdur.