ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsi səbəbilə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiya tələb edən qanun layihəsini qəbul edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda bildirilib.
Məlumata görə, qanun layihəsi 140 “əleyhinə” səsinə qarşı 243 “lehinə” səsi ilə təsdiq edilib.
Qanun layihəsi İsrail rəsmilərini hədəf alan həbs qərarlarının ən sərt şəkildə qınanması lazım olduğunu ehtiva edir.
Həmçinin ABŞ və ya onun müttəfiqlərindən bir şəxsin istintaqını, həbsini və ya mühakimə olunmasını dəstəkləyən ölkələr və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini tələb edir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiq edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Bir çox Avropa ölkələri də bu qərarı icra edəcəklərini bəyan ediblər.
Roza