Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki binalardan birində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
QÜTB.AZ xəbər verir ki, aralarında yaranan mübahisə zamanı 37 yaşlı Raidə Mahmudova həyat yoldaşı 38 yaşlı Hacı Mahmudovun başına küt alətlə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Binanın komendantı Cəfər Məmmədovun sözlərinə görə, ailə ilə bağlı daha əvvəl heç vaxt şikayət eşitməyib:
"Mehriban, sakit insanlar idilər. İl yarımdır ki, burada yaşayırdılar. İki azyaşlı övladları var. Dindar ailə idilər, xanım da hicablıdır".
Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
xxx
25.10.24 - 14:53
Bakıda qətl törədilib.
QÜTB.AZ Report-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Ortayaşlı qadın münaqişə zəminində ərini bıçaqlayaraq öldürüb. Hadisəni törədən qadın saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.