03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bu ölkədə insanlar kütləvi şəkildə ölür: son 24 saat ərzində...

01 iyn 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Hindistanda son 24 saat ərzində həddindən artıq istilər nəticəsində azı 20 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Hindistanın "TV Hindi" kanalı məlumat yayıb.

Bildirilir ki, ən çox qurbanların sayı şərqdəki Odişa ştatında qeydə alınıb.

Orada ümumilikdə 10 nəfər ölüb, onlardan 8-i xəstəxanaya çatana qədər dünyasını dəyişib. Qonşu Cerxand ştatında daha 4 nəfər istidən ölüb, onlardan üçü xəstəxanadadır. Racastan ştatının qərbində isə beş nəfərin öldüyü bildirilir. Həkimlər hesab edirlər ki, ölümlərə səbəb istilərin normadan artıq olmasıdır. Lakin müəyyən edilmiş protokola görə, bu ölümlər isti vurmanın nəticəsi sayıla bilməz, çünki istilik xroniki xəstəliklərin aktiv fazaya keçməsinə səbəb olur.

Xatırladaq ki, ölkə mətbuatı dahə əvvəl bildirmişdi ki, Hindistanda temperatur rekordları qırır, ölkənin paytaxtında hava 49,9 dərəcəyə qədər qızıb. Ölkə üçün son aylar rekord temperatur olub. Martın əvvəlindən Hindistanda isti havanın təsirindən onlarla insan həyatını itirib və əlavə olaraq 16 min isti vurma hadisəsi qeydə alınıb.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur