"Forbes” jurnalının dərc etdiyi "30 UNDER 30” siyahısında bu il azərbaycanlı təsisçi Günay İmanzadənin adı qeyd edilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) Qütb.az-a bildirilib ki, Avropa üzrə "Təhsil, biznes və digər sahələrdə sosial təsir” kateqoriyasında yer tutan həmyerlimiz "Metatesk” startapının təsisçisidir.
Qeyd edək ki, Günay İmanzadə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi "IDDA Awards” müsabiqəsində 2022-ci ildə qalib, 2023-cü ildə finalçı olaraq yer alıb. İRİA-nın "Roadshow” proqramı çərçivəsində Azərbaycanı Honkonqda keçirilən "WOW Summit”də öz startapı ilə təmsil edib. Bununla yanaşı, agentliyin dəstəyi ilə baş tutan "Silicon Valley” mentorluq proqramında iştirak edib.
Günay İmanzadə 2023-cü ildə isə innovasiya sahəsi üzrə gənclər üçün Prezident mükafatına layiq görülüb. Təsisçisi olduğu startap "Teknofest” festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olub.