16:06
Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.
Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.
xxx
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, iki nəfər xəsarət alıb.
Hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev, Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xxx
Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
TƏBİB-dən verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.
Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.