"Valensiya" İspaniya Kral Futbol Federasiyasından (RFEF) "Dana" qasırğasının təsirinə görə "Parla" ilə Kral Kubokunun birinci mərhələ matçını təxirə salmağı xahiş edib.
QÜTB.AZ xəbər verir ki, klub bununla bağlı bəyanat da yayıb:
"Klub hesab edir ki, vilayətdə fırtınadan gördüyümüz şiddətli təsirlərə görə təxirə salınma ən uyğun tədbirdir. Səyahətdən çəkinmək tövsiyə olunur. Həmçinin Madrid ilə nəqliyyat əlaqələrində də fasilələr var”.
Dana qasırğası İspaniyanın cənub-şərqində daşqınlara səbəb olub. Güclü yağışlar nəticəsində çaylar məcrasından çıxıb.
Qeyd edək ki, İspaniya kubokunun "Parla" - "Valensiya"matçı bu gün saat 00:00-da keçirilməlidir. Qarşılaşma Madriddə baş tutacaq.
Qutb