Ukrayna prezidenti Vladimir Zelenskinin 2023-cü il üçün əmlak, gəlir və xərcləri haqqında bəyannamə dərc edilib.
Publika.az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb.
Bildirilib ki, Zelenski və ailəsinin gəliri təxminən 12,5 milyon qrivna (316 min dollardan çox) təşkil edib.
Zelenski ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub.
Xatırladaq ki, 2021-ci ildə Zelenski ailəsinin ümumi gəliri 10,824 milyon qrivna (276 min ABŞ dolları), 2022-ci ildə isə (üç dəfə azalaraq) 3,692 milyon qrivna (94 min ABŞ dollarından çox) təşkil etmişdi.