27.04.24 | Bakı 27.03° C |
17:04:04
Lent :

Bu içki xərçəng riskini 70 faiz artırır

14:00 28.03.2024
GÜNDƏM
ads

Bütün onkoloji xəstəliklər arasında bağırsaq xərçəngi aparıcı mövqe tutur. Əsas risk faktorlarından biri kolorektal xərçəngin inkişafı ilə birbaşa əlaqəli olan iltihablı bağırsaq xəstəliyi və poliplərdir.

Publika.az xəbər verir ki, bu sözləri onkoloji cərrah Beslan Balkarov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

"Məlumdur ki, 15 ildən çox davam edən xroniki xoralı kolitli xəstələrdə kolorektal xərçəng riski 45%-ə qədər yüksəlir. Kron xəstəliyi (bağırsaq qişasında xora və yaraların əmələ gəlməsi) və proktit (düz bağırsağın iltihabı) olan xəstələr də risk altındadır. İnkişaf etmiş formalarda bu patologiyalar qaçılmaz olaraq xərçəngə səbəb ola bilər. Bundan əlavə, bəzi polip növləri, məsələn, adenomalar da 80% hallarda bağırsaqlarda zaman keçdikcə bədxassəli şişlərə çevrilə bilər", - cərrah bildirib.

Nəşr yazıb ki, həkim siqaret və spirtli içkini kolon xərçəngi yaradan ən təhlükəli risk faktorlarından biri adlandırıb. Onkoloq xərçəngə səbəb ola biləcək digər risk faktorlarını da sadalayıb. Bunlara fiziki hərəkətsizlik, xroniki qəbizlik, piylənmə və diabet daxildir. Sübut edilib ki, gündə 40 siqaret çəkəndə xərçəngə tutulma riski 50%, gündə 1 stəkandan çox güclü spirtli içkilərin (50 q) müntəzəm istifadəsi isə riski 70% artırır.

“Rasionda lifli qidaların və sağlam qida maddələrinin kəskin çatışmazlığı, həmçinin fəstfudlar, yüksək miqdarda trans yağları olan yüksək kalorili qızardılmış qidaların həddindən artıq istehlakı da bağırsaq xərçəngi riskini 40%-ə qədər artırır. Hər gün və uzun illər 160 qramdan çox qırmızı və yarımfabrikat ət məhsulları yeyənlər xüsusilə risk altındadırlar”, - mütəxəssis yekunda əlavə edib.

Onkoloq və kimyaterapevt Anton İvanov isə xərçəngin inkişafının səbəbləri haqqında yayılan inancları təkzib edib. Mütəxəssisin sözlərinə görə, əsəbi və emosiya cəhətdən qeyri-sabit insanlarda xərçəng yaranma ehtimalının daha çox olması barədə deyilənlər əsassızdır və təcrübə ilə təsdiqlənmir.

"Ancaq müxtəlif psixoloji pozğunluqlar səbəbindən bəzi xəstələr onkoloqlara adi xəstələrdən çox gec müraciət edirlər. Əks müşahidələr də var: insanlar özlərini xərçəng olduğuna inandırdıqda, xəstəliyin sonsuz axtarışına başlayırlar. Eyni zamanda, həkimləri və qohumlarını qıcıqlandırırlar, getdikcə daha çox müayinədən keçirlər, cərrahı kabinetində mövcud olmayan şişləri çıxarmaq üçün müəyyən əməliyyatlar aparmağa israr edirlər", - həkim müsahibəsində bildirib.

Aytən Məftun


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az