04.05.24 | Bakı 18.03° C |
20:05:49
Lent :

Almaniya bu yarışı keçirməyə pul tapmır

01:00 25.04.2024
İDMAN
ads

Almaniya 2024/25 mövsümündə xizək sürmə üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi etməyəcək.

Publika.az xəbər verir ki, bu, 24 ildən sonra ilk dəfə baş verəcək. Bu barədə “xc-ski.de” portalı məlumat yayıb.

İmtinaya səbəb maliyyələşmə ilə bağlı çətinliklərdir.

“Buna çox mürəkkəb televiziya və marketinq müqavilələri daxildir. Müəyyən sayda tədbirlər razılaşdırılır. Biz artıq qarşıya qoyduğumuz hədəfləri xeyli üstələmişik, ona görə də xizək sürmə, Nordic kombinasiyası və xizək krossu kimi “kiçik” növlər üzrə Dünya Kubokunun mərhələlərini keçirmək üçün xeyli əlavə xərclər çəkməli olacağıq”, – deyə Almaniya Xizək İdmanları Federasiyasının (DSV) nümayəndəsi Stefan Şvartsbax bildirib.

Beynəlxalq Xizək Federasiyası (FIS) mərhələnin təqvimə qayıdacağına ümid edir. “DSV 2025/26 mövsümündə onu yenidən keçirmək üçün çox çalışır. Məndə olan məlumata görə, növbəti mövsümdə mərhələnin keçirilməsi təəssüf ki, maliyyə səbəblərinə görə qeyri-mümkün olub”, – deyə FIS-in xizək yarışlarının direktoru Mixal Lamplot bildirib.

Ötən mövsüm dünya çempionatının Almaniya mərhələsinə Oberhof ev sahibliyi edib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az