04.05.24 | Bakı 21.03° C |
19:05:18
Lent :

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

00:00 25.04.2024
İDMAN
ads

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun cavab oyunu çərçivəsində "Neftçi"ni 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmaları barədə danışarkən deyib.

Mütəxəssis futbolçulara gələn təkliflər barədə danışıb: "Hazırda bir sıra futbolçuların komanda ilə müqaviləsi var. Bunlardan biri də Olavio Juninyodur. Onun klubda qalmağını çox istəyirəm. Bu barədə mövsümün sonunda danışmaq olar".

O, Musa Qurbanlının "Qarabağ"a qayıtmaq mövzusunun gündəmdə olmadığını söyləyib: "Hazırda bütün diqqətimizi komandaya yönəltmişik. Transfer dövrü gəldiyi zaman bunun haqqında danışa bilərik".

AFFA İcraiyyə Komitəsinin üzvü olan Q.Qurbanov Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müsbət nəticə verəcəyini söyləyib: "Düzdür, klub sayının çox olması yaxşıdır, lakin keyfiyyət də önəmlidir. İcraiyyə Komitəsində bu məsələnin müzakirə olunması barədə məlumat yoxdur. Ancaq dediyim kimi, komanda sayı artsa, bölgə futboluna da müsbət təsir göstərə bilər".

Türkiyənin "Beşiktaş" komandası ilə adı hallanan çalışdırıcı bu söhbətin normal hal olduğunu deyib: "Mən "Qarabağ"a bağlı biriyəm. Bu cür fikirlərdən uzaq olmaq istəyirəm. Rəsmi xəbərlər daha doğru olar".

Əlli üç yaşlı məşqçi finalda vaxtı ilə futbolçusu olduğu Rəşad Sadıqovla üz-üzə gəlməklərinin maraqlı olacağını söyləyib: "Bunu iki dostun qarşıdurması olaraq adlandırardım. Rəşad çox yaxşı və istedadlı məşqçidir".


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az