09.05.24 | Bakı 21.03° C |
14:05:23
Lent :

Nazirin avtomobili "qırmızı"da keçdi, qəza törətdi: 3 nəfər yaralanıb

17:00 27.04.2024
HADİSƏ
ads

İşıqforun qırmızı işığından keçən İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin olduğu avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin olduğu rəsmi avtomobil qəzaya düşüb. Ramle şəhərində baş verən qəzada israilli nazirin getdiyi avtomobil digər avtomobillə toqquşub və aşıb. Hadisə şahidləri israilli nazirin avtomobilinin işıqforun qırmızı işığından keçdiyini, qəza nəticəsində 3 nəfərin yaralandığını bildiriblər.

İsrail Milli Təhlükəsizlik Nazirliyinin idarəsindən verilən açıqlamada nazirin vəziyyətinin yaxşı olduğu və huşunun yerində olduğu bildirilib. Polis qəzanın səbəbləri ilə bağlı araşdırmalara başladığını bildirib.

İsrail mediası bəyan edib ki, Ben-Qvirin xidməti avtomobilinin son aylarda çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna dair məlumatlar var.

Aysel


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az