06.05.24 | Bakı 14.03° C |
22:05:05
Lent :

III Çarlzın ölümü halında hazırlanmış plan yenilənir: “Menai körpüsü”ndə nələr var?

11:00 26.04.2024
GÜNDƏM
ads

Britaniya kralı III Çarlzın ölümü halında hazırlanmış “Menai körpüsü” adlanan plan Britaniya hökuməti tərəfindən mütəmadi olaraq nəzərdən keçirilir və yenilənir.

Publika.az xəbər verir ki, bu barədə “Daily Beast” cümə axşamı bildirib.

“Planların tozu silindi və indi aktiv şəkildə yenilənir. Krala xərçəng diaqnozu qoyulduğunu nəzərə alsaq, bunu gözləmək olardı”, - media saraya yaxın mənbəyə istinadən yazır.

Başqa bir mənbə bildirib ki, yüzlərlə səhifəlik planın tərtibində iştirak edən yüksək vəzifəli şəxslər onun hər tərəfini nəzərdən keçirirlər. Bundan əlavə, kraliça II Yelizavetanın dəfn mərasimi təcrübəsi nəzərə alınır.

Eyni zamanda, başqa bir hərbi mənbə iddia edir ki, planlara daim yenidən baxılması faktında xüsusi bir şey axtarmağa ehtiyac yoxdur.

"Çarlzın dəfni üçün ciddi planlaşdırma Kraliçanın dəfnindən bir gün sonra başlayıb”, - o bildirib.

Bukingem Sarayı monarxın hansı növ xərçəngə tutulduğunu açıqlamır. Bununla belə, nəşrin anonim xərçəng mütəxəssisinə istinadən yazdığı kimi, Karlın müalicə üçün Londona müntəzəm səfərləri onun kimyaterapiya üçün lazım olmayan böyük avadanlıqdan istifadə etməklə reallaşan radioterapiyadan keçdiyini göstərir.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az