05.05.24 | Bakı 16.03° C |
03:05:27
Lent :

Ukrayna sülh konfransı öncəsi kritik görüş: G7 bu ölkədə toplaşacaq

13:00 25.04.2024
GÜNDƏM
ads

Yeddilik Qrupu (G7) ölkələri iyunda İsveçrədə keçiriləcək Ukrayna sülh konfransı öncəsi Qətərdə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, dünyanın müxtəlif ölkələrindən milli təhlükəsizlik müşavirləri və yüksək səviyyəli rəsmilər Rusiya-Ukrayna münaqişəsinin həlli şərtləri ilə bağlı sammit planlarını müzakirə etmək üçün 27-28 apreldə Dohada görüşəcəklər.

Agentliyin qeyd etdiyi kimi, G7 və “Qlobal Cənub” nümayəndələrinin görüşü İsveçrədə sammit üçün zəmin hazırlayan danışıqlar raundunun bir hissəsidir. Qətərin paytaxtında keçiriləcək görüşün iştirakçılarının siyahısı hələ təsdiqlənməyib, lakin Rusiya dəvət olunmayıb və Çinin iştirak edib-etməyəcəyi bəlli deyil.

Öz növbəsində, Ukraynanın müttəfiqləri Pekinin Moskvaya təsir gücünə malik olduğunu əsas gətirərək, sammitin uğuru üçün ÇXR-in iştirakını vacib hesab edirlər. Materialda deyilir: "Çin istənilən razılaşmaya ağırlıq qatacaq əsas iştirakçı kimi görünür və buna görə də Pekindən kiminsə bu görüşdə iştirak edib-etməyəcəyi sualı həlledicidir".

Bundan əvvəl İsveçrənin xarici işlər naziri İqnazio Kassis demişdi ki, Ukraynada sülh prosesi Rusiyanın iştirakı olmadan mümkün deyil. O, həmçinin İsveçrənin neytrallığa sadiqliyini bir daha təsdiqləyib.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az