04.05.24 | Bakı 21.03° C |
19:05:34
Lent :

Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL

00:00 25.04.2024
GÜNDƏM
ads

Türkiyənin “Patiswiss” şokolad brendi ətrafında bir neçə gündür yaranan müzakirələr böyüyüb.

Publika.az xəbər verir ki, marketdən aldığı şokoladın ağarıb kifləndiyini görən istifadəçi məhsulun fotolarını sosial mediada paylaşaraq “Patiswiss”in icraçı direktoru (CEO) Elif Aslı Yıldız Tunaoğlunu etiketləyib.

Tunaoğlu isə məhsulların küflənməsinin mümkün olmadığını yazaraq müştəriyə evindəki rütubət səviyyəsini təcili olaraq yoxlatmağı məsləhət görüb.

O, müştərinin bu hərəkətini sosial mediada brendə qarşı qaralama kampaniyası kimi qiymətləndirib və ironiyalı cavab verib.

CEO-nun müştəri ilə rəftarı sosial şəbəkə istifadəçilərinin reaksiyasına səbəb olub. Markaya qarşı kütləvi reaksiyalardan sonra iki böyük supermarket şəbəkəsi “Patiswiss” məhsullarını rəflərindən yığışdırıb.

Tənqidlərin mərkəzində olan Patiswiss CEO-su Elif Aslı Yıldız Tunaoğlu sosial media hesabında vəzifəsindən istefa verdiyini elan edib.

Bu gün isə Elif Aslı Yıldızla bağlı daha bir qalmaqallı məlumat ölkə gündəmini məşğul edib. Belə ki, onun sosial şəbəkədəki CV-sində Hacettepe Universiteti Sənaye Mühəndisliyi üzrə magistr dərəcəsini bitirdiyi yazılıb. Ancaq bu məlumatın saxta olduğu ortaya çıxıb.

Universitetin internet saytında yer alan məlumata görə, Yıldızın 2011-2013-cü illər arasında tamamladığını dediyi proqram 2012-2013-cü tədris ilinin yaz semestrində başlayıb və həmin tələbələr 2015-ci ildə məzun olub.

Qurumun rəsmi internet saytından asanlıqla əldə edilə bilən məlumatların ardından Hacettepe Universiteti Sənaye Mühəndisliyi Bölümünün müəllimi Erdi Daşdemir sosial media hesabında paylaşım edərək Elif Aslı Yıldız Tunaoğlunun universitetin məzunu olmadığını bildirib.

“Bizdə belə məzun yoxdur”, - o qeyd edib.

Faktlar üzə çıxandan sonra Elif Aslı Yıldız sosial media hesablarını bağlayıb.

Ləman


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az