Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Kursk, Bryansk və Belqorod vilayətlərindəki sərhədyanı ərazilərində əhalinin və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərdən ibarət plan hazırlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.
“Baş Qərargah tərəfindən əlavə tədbirlərlə bağlı hazırlanmış konkret tədbirlər planının dinlənilməsi planlaşdırılır. Söhbət ilk növbədə, digər hüquq-mühafizə orqanları və idarəetmə orqanları ilə qarşılıqlı əlaqədə idarəetmə sisteminin səmərəliliyinin artırılmasından gedir. Bu, Belqorod vilayətinin məsul vəzifəli şəxslərinin müəyyən edilməsi, habelə əsas vəzifələrin yerinə yetirilməsi üçün ayrılacaq əlavə qüvvələr və vəsaitlərin ayrılması haqqındadır”, - deyə Belousov Rusiyanın sərhədyanı rayonlarının təhlükəsizliyinin təmin edilməsinə dair müşavirədə bildirib.
O, təqdim olunan planın icrasına şəxsən nəzarət edəcəyini açıqlayıb.
Akqabay