İtaliyanın "Yuventus" komandası yeni baş məşqçisinin adını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tyaqo Motta ilə 3 illik müqavilə imzalanıb. Braziliyalı çalışdırıcı yeni klubunda illik 3,5 milyon avro qazanacaq.
"Barselona" və PSJ-nin sabiq futbolçusu bu postda Massimiliano Alleqrini əvəzləyib.