İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb.
Qutb.az xəbər verir ki, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir.
O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq.
66 kq çəki dərəcəsində Azərbaycanın Avropa çempionu Orxan Səfərov da finala çıxa bilər. O, yarımfinalda Qay Qutmanla (İsrail) qarşılaşacaq.
Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.