29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Separatçılar İrəvanda yenidən peyda oldu və “Qarabağ günü” keçirdi

20 fev 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların sonuncu “rəhbəri” olmuş Samvel Şahramanyan bu gün İrəvanda yenidən üzə çıxıb.

Publika.az
xəbər verir ki, separatçılar 20 fevral tarixini – Qarabağda erməni separatizminin başlanğıcı gününü “yad edib”.

Separatçılar Şahramanyanın başçılığı altında “Yerablur”u (erməni hərbçilərin məzarlığı) ziyarət edib. Lakin Şahramanyan jurnalistlərin suallarını cavablamaqdan imtina edərək, ərazini maşınla tərk edib.

Daha sonra separatçılar qapalı tədbir keçirib. Tədbirdə iştirak edən separatçılardan Alyoşa Qabrielyan bildirib ki, Şahramanyan “Qarabağa qayıdışın təmin edilməsinin zəruriliyindən” bəhs edib.

Şahramanyan Ermənistan hakimiyyəti ilə əməkdaşlıq yollarının tapılmasından da danışıb. O, nə vaxtsa Qarabağa qayıtmağa ümid etdiyini bildirib.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur