07.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Xankəndi tikiş fabrikində 500 nəfər işlə təmin ediləcək 

07 iyl 2025 01:00
GÜNDƏM
ads
Advertisement

Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan və Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

 

Qutb.az xəbər verir ki, müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,5 milyon manat güzəştli kredit ayrılıb. Təsdiqedici sənədlər əsasında təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.

 

 

Müəssisənin fəaliyyəti regionda qeyri-neft məhsullarının ixracının artımına əhəmiyyətli töhfə verəcək. Fabrikdə istehsal olunacaq məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. 1,2 hektar ərazini əhatə edən fabrikdə hazırda gündəlik 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, gələcəkdə bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur.

 

 

Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılması planlaşdırılıb. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

 

Fabrikdə müxtəlif növ parçalardan geyim məhsulları istehsal olunur. Əsasən 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal edilir. Gələcəkdə müxtəlif növ kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.

 

Xatırladaq ki, iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan - Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur