29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu 4 ölkə NATO-nun baş katibi postunda onu görür

23 fev 2024 07:00
GÜNDƏM
ads
Advertisement

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləyir.

Publika.az xəbər verir ki, NATO Baş katib Yens Stoltenberqin yerinə gələcək ad ictimaiyyət tərəfindən maraqla gözlənilərkən, Mark Rutte NATO-nun baş katibliyi üçün əsas namizəd sayılır.

Adı açıqlanmayan ABŞ rəsmisi prezident Co Baydenin Ruttenin NATO-nun növbəti baş katibi olmasını qətiyyətlə dəstəklədiyini açıqlayıb.

Baydenin Rutteni dəstəklədiyi xəbərinin ardınca jurnalistlərə açıqlama verən Britaniya rəsmisi İngiltərənin Ruttenin namizədliyini dəstəklədiyini açıqlayıb: "Britaniya Mark Rutteni NATO-nun baş katibi Yens Stoltenberqin varisi kimi güclü şəkildə dəstəkləyir”.

Fransa prezidenti Emmanuel Makron da Parisin Ruttenin namizədliyini dəstəklədiyini açıqlayıb.

Almaniya kansleri Olaf Şoltsun NATO-nun növbəti baş katibi vəzifəsinə Mark Rutteni dəstəklədiyi bildirilir.

Stoltenberq Ukraynada müharibə səbəblərinə görə səlahiyyət müddəti iki dəfə uzadılandan sonra oktyabrın 1-də vəzifəsini tərk edəcək.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur