ABŞ və daha 50 müttəfiq ölkə Ukraynaya dəstəyi davam etdirmək öhdəliyi götürüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerovla telefon danışığında deyib.
Nazirlər döyüş meydanındakı son durumu müzakirə ediblər.
Onlar, həmçinin Ukrayna Müdafiə Əlaqə Qrupunun qarşıdan gələn iclası barədə danışıblar.