Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çeçenistana səfəri zamanı respublikanın hərbi komissarlığına “Niva” markalı avtomobillər təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə rayon rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında yazıb.
Qeyd olunur ki, hərbçilərin nəqliyyat çatışmazlığı səbəbindən Kadırova müraciət etməsindən sonra Çeçenistan komissarlığı Medvedyevdən 10 avtomobil alıb.
"Kollektiv iş, kollektiv fəaliyyət nəticəsində biz bu avtomobilləri sizə təhvil veririk", - Medvedev bildirib.
Medvedev onu da bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyatda qələbə qazanmasında Çeçenistan qəhrəmanlarının müstəsna rolu olub. Medvedev, həmçinin Çeçenistanın rəhbəri Ramzan Kadırovu II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.
Aytən