Britaniya ordusunun üzvlərinə 100 illik qadağanı aradan qaldıraraq saqqal saxlamağa icazə veriləcək.
Publika.az xəbər verir ki, bu haqda Teleqraf qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, cümə axşamı quru qoşunlarının həm zabitlərinə, həm də əsgərlərinə saqqal saxlamağa icazə verən fərmanı Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kral III Çarlz imzalayıb.
Qadağanın aradan qaldırılması orduya yeni çağırışçıların qəbulu ilə bağlı böhranın müzakirəsi ilə bağlıdır. Müdafiə naziri Qrant Şapps müzakirə zamanı saqqal saxlamağa qadağanın “gülünc” olduğunu bildirib.
Sərəncamda qeyd olunur ki, saqqal “səliqəli” olmalı, hərbi qulluqçuların səliqəli görünüşü prinsiplərinə və standartlarına uyğun gəlməlidir.
Cəmilə