Sabah Bakı və Abşeronun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə QÜTB.AZ-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 23-ü saat 08:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.