Estoniya sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi sanksiyalara Belarus nömrəli avtomobillərin təşkilat ərazisinə daxil olması da daxildir:
“Bu o deməkdir ki, bu cür nəqliyyat vasitələrinin Estoniya sərhəd-keçid məntəqələrindən keçməsi qadağandır. Avtomobilin sahibinin Estoniyada və ya Avropa İttifaqında yaşama icazə olması heç bir əhəmiyyət kəsb etmir və nəzərə alınmır”.
Eyni zamanda Estoniya ərazisində olan Belarus nömrəli nəqliyyat vasitəsi 5 gündən 12 aya qədər təkrar qeydiyyata alınmalıdır ki, bu da konkret vəziyyətdən asılıdır. Bu şərtlər yerinə yetirilmədikdə, nəqliyyat vasitəsinin yollara çıxması qadağan ediləcək və sahibi cərimələnəcək.
Qeyd edək ki, qadağa iyulun 18-dən qüvvəyə minəcək.