10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Əliyev qapalı görüşdə bu deputata görə Paşinyana nələr deyib?

27 mar 2024 06:00
GÜNDƏM
ads

Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyana Ermənistanda hakim komandanın üzvlərinin çıxışlarına görə iradını bildirib.

Publika.az
xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, hakim komandanın deputatı Hakop Aslanyan ay yarım əvvəl “belimizi düzəltmək üçün 1-1,5 il vaxt lazımdır və o zaman biz azərbaycanlılarla başqa cür danışacağıq” açıqlamasını vermişdi: “Paşinyan komanda üzvləri ilə sonuncu qapalı görüşdə Aslanyanı sərt tənqid edib. Görünür, Əliyev Paşinyanla sonuncu dəfə görüşdə həmin açıqlamanı onun qarşısına qoyub və bildirib ki, sizin komandada qisasçılar var, biz sizə necə inanaq?!”

Nəşr qeyd edir ki, Ermənistan hakimiyyətinin sonuncu qapalı görüşü kifayət qədər gərgin keçib.

“Bəzi deputatlar birtərəfli güzəşt siyasətinə üsyan edib, onlar arasında Aslanyan da olub. Paşinyan da bildirib ki, Azərbaycan lideri ilə keçirdiyi söhbətdə belə bəyanatların sülh prosesinə zərərli olduğu haqda danışıblar. Aslanyan bizimlə söhbətdə Paşinyanın onu tənqid etdiyini inkar etməyib, əksinə fərxlə etiraf etdi ki, Əliyev onun fikirlərindən danışıb”, - nəşr qeyd edir.

Asif



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur