İllərin ən uğurlu təyinatı - DTX rəisi Əli Nağıyevın doğum günüdür
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik cənab Əli Nağıyevin doğum günüdür.
Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
Əmək fəaliyyətinə 1975-ci ildə başlayan Əli Nağıyev, bu illər ərzində müxtəlif yüksək dərəcəli məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, Əli Nağıyev Əli Nağıyev 1991-ci ildə MTN xüsusi təyinatlılarının tərkibində ölkəmizin ərazi bütövlüyü uğrunda erməni terrorçularına qarşı vuruşub.
Ona, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi, 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əli Nağıyev zaman-zaman "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Danılmaz faktdır ki, Əli Nağıyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edib, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərib.
QÜTB.AZ xəbər informasıya portalı olaraq, general-polkovniki təbrik edir, ona hər zaman şərəf və ləyaqətlə davam etdirdiyi fəaliyyətində uğurlar arzulayırıq.