12.09.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Menendezin həyat yoldaşına da cəza verildi

12 sen 2025 00:00
DÜNYA
ads
Advertisement

Nyu-York dairə məhkəməsi ABŞ Senatının xarici əlaqələr komitəsinin keçmiş sədri, ermənipərəst mövqeyi ilə tanınan Bob Menendezin həyat yoldaşı Nadin Menendezi 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Qutb.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, o, ərinin səlahiyyətlərindən istifadə etməsi üçün rüşvət kimi təqdim edilən pul və qızıl qəbul etməkdə təqsirli bilinib.

Apreldə Manhettendə federal münsiflər məhkəməsi Nadin Menendezi 15 maddə üzrə təqsirli hesab edib. Prokurorlar onun Misir rəsmiləri ilə görüşləri təşkil etdiyini, mesajlar çatdırdığını və rüşvət sxeminin əsas fiqurlarından biri olduğunu bildiriblər. İttihama görə, Nadin yüz minlərlə dollar nağd pul, qızıl külçələr və saxta “iş yerləri” qəbul edib.

Hakim hökmündə qeyd edib ki, Nadin “təqsirsiz müşahidəçi olmayıb” və prosesdə aktiv iştirak edib. Bununla belə, məhkəmə onun 922 min dollar dəyərində əmlakını müsadirə etsə də, sağlamlıq səbəblərinə görə cəzanın icrasını gələn ilin iyuluna qədər təxirə salıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur