Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində İsa Məsihin təhqir edilməsinə cavab olaraq, Tehran bələdiyyəsi şəhərin görkəmli və sıx bir yerində “Son şam yeməyi”ni əks etdirən böyük bir plakat yerləşdirib.
QÜTB.AZ xəbər verir ki, bununla bağlı yazılar İranın Telegram kanallarında yer alıb.
“Həqiqətən, Məsih, Allahın Rəsulu və Məryəmin oğludur”, - deyə plakatda qeyd olunur.
Xatırladaq ki, Olimpiadanın açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin “Son şam yeməyi” əsərini LGBT icmasının nümayəndələrinin iştirakı ilə nümayiş etdirmişdi. Onlar isə Məsihin şagirdləri ilə birlikdə "son şam yeməyi"ni təsvir edərək onu ələ salmışdılar.
Adəm Abbaslı