Niderlanddda penitensiar müəssisələrdə kadr çatışmazlığı səbəbindən 1,8 minə yaxın məhkum həqiqi cəzasını çəkmək üçün öz növbəsini gözləyir.
Publika.az Bu barədə Krallığın Hüquqi Müdafiə naziri Frank Veervind parlamentdə bildirib.
O izah edib ki, ölkədə kifayət qədər həbsxana kameraları var, lakin bəzi kameralardan istifadə etmək mümkün deyil, çünki onlara xidmət edən personal yoxdur. Kadr çatışmazlığı səbəbindən nazir 2023-cü ilin sonunda kameraların yalnız polis tərəfindən məhkum edilmiş şəxslərə, habelə istintaq təcridxanasında olanlara ayrılmasını əmr edib.
Cinayəti törətdiyini etiraf edib mühakimə olunanlar hələlik həbsxanaya düşməyəcəklər. Nazirin sözlərinə görə, belə tədbirlər nəticəsində azadlıqda qalaraq həbsxanaya göndərilməyi gözləyən məhkumların sayı artır. Veervind etiraf edib ki, bu vəziyyətin nə qədər davam edəcəyini bilmir.
Nazir əlavə edib ki, kadr çatışmazlığı bütün cəmiyyətə təsir edir və hazırda insanları penitensiar müəssisələrdə işləməyə cəlb etmək və onları orada saxlamaq üçün tədbirlər müzakirə olunur.(Oxu.az)