"Fulhem"in və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Palinya "Bayern"ə keçib.
Publika.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2028-ci il iyunun 30-dək müqavilə imzalanıb. Mətbuatda yayılan xəbərlərə görə, 29 yaşlı futbolçunun transferi üçün təzminat məbləği 40-45 milyon avro təşkil edir.
Qeyd edək ki, ötən mövsüm Palinya “Fulhem”in heyətində 39 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Portuqaliya millisində 27 oyun keçirib və 2 qolu var.
Palinya 2022-ci ilin yayında "Sportinq"dən "Fulhem"ə keçib. Bundan əvvəl yarımmüdafiəçi "Braqa" və "Belenenseş"də də çıxış edib.
Heybət