“Berqa” markası “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasının təntənəli açılış mərasimində baş sponsor qismində iştirak edib.
Publika.az xəbər verir ki, “Nargis Fund” tərəfindən keçirilən və Fəvvarələr meydanında yerləşən yarmarka ərazisində, “Berqa”, çaysevərləri ətirli çaya qonaq edir. Belə ki, baharın ilk günlərində çay markası yarmarkanın davam etdiyi müddətcə qonaqların damaq zövqünü oxşayaraq xoş əhval yaradacaq.
Qeyd edək ki, “Berqa” markası il ərzində müxtəlif mədəni tədbirlərin təşkilində yaxından iştirak edir.
Ötən il adıçəkilən çay markası ölkə ərazisində onlarla maraqlı konsertin təşkil edilməsinə dəstək olaraq , şüarına uyğun olaraq insanlara xoş əhval bəxş etmişdi.