İsraildə ictimaiyyət arasında baş nazir Benyamin Netanyahunun qrip olduğu bəhanəsi ilə hökumət iclaslarına qatılmadığı iddia edilib.
Publika.az xəbər verir ki, İsrail Baş Nazirliyi həmin iddialarla bağlı açıqlama yayıb.
Açıqlamada Netanyahu və bir çox baş nazirlik işçilərinin mövsümi qripə tutulduğu və iddialarının doğru olmadığı bildirilib.
Netanyahunun hökumət vəzifələrini yerinə yetirməyə və fələstinlilərə qarşı müharibəni idarə etməyə davam etdiyi və vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Qeyd edək ki, martın 2-də İsrail baş nazirinin ofisindən verilən açıqlamada Netanyahunun qrip səbəbiylə martın 3-də keçiriləcək həftəlik kabinet iclasına qatılmayacağı bildirilib. Daha sonra sosial mediada Netanyahunun Ramazan ayı ərzində Məbəd dağında (Məscidül-Əqsa) təhlükəsizlik planları ilə bağlı hökumət daxilində müzakirələrdən yayınmağa çalışdığına dair iddialar səslənib.
Roza Şəfiyeva